Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyində “Anım Günü” ilə əlaqədar tədbir keçirilib.

23.09.2021

23  Sentyabr  2021-ci il tarixdə Göyçay rayon Tarix-Diyarşünaslıq  muzeyində  27 sentyabr  İkinci Qarabağ  Müharibəsi  şəhidlərinin anım  gününə  həsr  edilmiş  “Qələbəmizin  sönməz  ulduzları - Azərbaycan  Əsgəri ” adlı  tədbir  keçirilmişdir.  İlk öncə Şəhidlərimizin  ruhu  bir  dəqiqəlik  sükutla  yad  edilmişdir . Tədbiri  giriş  sözü  ilə  muzeyin  direktoru  Gülçin  Babayeva  açıq  elan  etmiş və gələn  qonaqları  salamlamışdır. Tədbirdə  şəhid  ailəsi, Göyçay rayon MKS-nin direktoru Nərmin Xəlilova,  şəhid  anası Gülbəniz Nadirova, qazi  Həbibov  Nəsib, Göyçay şəhər 7 saylı tam orta məktəbin direktor müavini, tarixçi – jurnalist  Aqil Kəngərli, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin  sədri  Nəriman  Məlikov,1 saylı  tam  orta  məktəbin V sinif  şagirdi Nuray  Sultanlı  iştirak  etmişlər. Tətbirdə  muzeyin  elmi  işçisi Humay Zülfüqarova “Qələbəmizin  Sönməz  Ulduzları - Azərbaycan  Əsgəri” mövzusunda  çixiş  etmişdir. Sonda  muzeydə  şəhidlərimizə  həsr  edilmiş  guşəyə  baxış  keçirilmiş  və  xatirə  şəkilləri  çəkilmişdir.