Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab şəhər Uşaq İncəsənət məktəbində Milli Musiqi Günü qeyd olunub.

19.09.2021

18  sentyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyovun anadan olmasının 136-cı ildönümü münasibəti ilə “Milli musiqimizin banisi” başlığı altında  tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Nicat Əlifi, Tədris İşləri üzrə direktor müavini Nazim Əzizov və məktəbin müəllimələri şagirdləri iştirak ediblər. İlk öncə məktəbin direktoru Nicat Əlifi  çıxış edərək bütün tədbir iştirakçılarını salamlayaraq  tədbiri açıq elan edib.

Sonra Məktəbin musiqi ədəbiyyat müəllimi Mətanət Hamazova Üzeyir Hacıbəyovun həyat və yaradıcılığı barədə çıxış edərək,  bəstəkarın Azərbaycan Milli musiqisinə verdiyi töhvələrdən danışıb

Sonra tədbir musiqi proqramı ilə davam edib. Məktəbin xanəndəlik ixtisasının IV sinif şagirdi İsayev Elvin “Arşın mal alan” əsərindən “Əsgərin ariyasını”, qarmon ixtisasının II sinif şagirdi Eminov Hacıəli, tar ixtisasının III sinif şagirdi Muradov Əlvan, fortepiano ixtisasının  III cü sinif şagirdi Xəlilova Solmaz, qarmon ixtisasının II sinif şagirdi Ağalarzadə Anar, tar ixtisasının III sinif şagirdi Muradov Yasin, qarmon ixtisasının V sinif şagirdi Həsənov İlqar bəstəkarın bir çox əsərləri və operalardan hissələr ifa ediblər. Məktəbin xoreoqrafiya ixtisasının V sinif şagirdi Səmədova Səmanın ifasında  “Uzundərə” rəqsi maraqla qarşılanıb.      

Tədbir dahi  bəstəkarın “Koroğlu” operasından Üvertura ilə başa çatıb.