12.08.2021
Respublikamızda, o cümlədən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Ağdaş Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları tərəfindən vaksinasiya üçün təbliğat kampaniyası həyata keçirilir.
Belə ki, mədəniyyət işçiləri tərəfindən rayonların əsas küçə və prospeklərində, kəndlərdə vaksinasiyanın əhəmiyyəti ilə əlaqədar maarifləndirmə işləri aparılır.
Təbliğat kompaniyasının əsas məqsədi insanların diqqətini vacib olan məsələyə - vaksinasiyaya yönəltməkdir. Əhali ilə aparılan söhbətlər zamanı COVID-19 pandemiyasından öncə yaşadığımız həyatın geri qayıtması üçün edə biləcəyimiz ən vacib işlərdən birinin vaksinasiya olduğu qeyd edilir.