Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsinin əməkdaşları Qurban sovqatı paylayıblar.

20.07.2021

20 iyul 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağdaş, Göyçay, Ucar və Zərdab rayon Komitələrinin birgə təşkilatçılığı ilə dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə aztəminatlı ailələrə, o cümlədən Qazi və Şəhid ailələrinə  bayram sovqatları paylanılıb.

Eyni zamanda Regional İdarənin rəisi Səxavət Məmmədov və İdarənin bir qrup əməkdaşı Vətən müharibəsində şəhid olmuş, Regional İdarənin tabeliyində fəaliyyət göstərən Arif Məmmədov adına Göyçay şəhər uşaq musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışmış Alim İbrahimovun ailəsinə baş çəkərək bayram təbriklərini bildiriblər.