Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Mərkəzləşdirilmiş Kiabxana Sisteminin qarşısında “Açıq Kitabxana” təşkil edilib.

30.06.2021

28 iyun 2021-ci il tarixində Göyçay rayon Mərkəzləşdirilmiş Kiabxana Sisteminin qarşısında “Açıq Kitabxana” keçirilib. Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sərgidə müxtəlif mövzularda kitablar, eyni zamanda “Yeni Kitablar”, “Vətən Borclu Deyil, Biz Borcluyuq Vətənə” adlı sərgilər nümayiş etdirilmişdir. Tədbirin keçirilməsində məqsəd oxucuları kitabxanaya cəlb etmək ,onların mütaliyəyə olan marağını artırmaq və fonda daxil olmuş yeni kitablarla tanış etməkdən ibarətdir.  Tədbirə qoşulan müxtəlif yaş qrupundan olan oxucular yeni kitablarla, sərgilərlə tanış olublar.  Eyni zamanda Kitabxana işçiləri tərəfindən onları maraqlandıran suallar cavablandırılmışdır. Tədbirin sonunda şəhidlərə həsr olunmuş müsiqi səsləndirilib.