Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zərdab şəhər Uşaq İncəsənət Məktəbində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

26.05.2021

26 may 2021-ci tarixində Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Zərdab şəhər uşaq incəsənət məktəbində İtaliya Respublikasının təşkilatçılığı ilə keçirilən “İtaliyanın parlayan ulduzu” Beynəlxalq Onlayn Musiqi Festivalının Laureatı adını qazanmış, məktəbin tar ixtisası üzrə məzunu Rüfət Nəbizadənin, qarmon ixtisası üzrə V sinif şagirdi Nihal Babayevin və xanəndəlik ixtisası üzrə III sinif şagirdi Elvin Qarayevin mükafatlandırılması mərasimi təşkil edilib. Ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi qaydaları çərçivəsində təşkil edilmiş tədbirdə ilk öncə çıxış edən uşaq musiqi məktəbinin direktoru Nicat Əlifi  məktəbin fəaliyyəti və son illər ərzində Beynəlxalq və Respublika miqyaslı müsabiqələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib və bu uğurların qazanılmasında məktəbin müəllimlərinin müstəsna xidmətlərinin olmasını qeyd edib. Sonra çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov müsabiqə qalibini və onun müəllimini təbrik edərək, onlara uğurlar arzulayıb. O, bu cür nailiyyətlərin daha çox qazanılması üçün hər bir müəllimə öz tövsiyyələrini verib.

Sonda müsabiqə qaliblərinin ifasında musiqi nömrələri səsləndirilib və qaliblərə Ağdaş Regional Mədəniyyət İdarəsinin və MİHİ Zərdab rayon Komitəsinin  “Fəxri Fərman”ları və hədiyyələr təqdim edilib.