Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Məlikkənd kənd kitabxana filialında açıq kitabxana təşkil edilib.

21.05.2021

20.05.2021-ci il tarixində Göyçay rayon MKS-nin 11 saylı Məlikkənd kənd kitabxana  filialının təşkilatçılığı ilə oxucuların bədii zövqünün formalaşdırılması, onlar arasında mütaliə mədəniyyətinin yüksəldilməsi, eləcə də daha yeni oxucuları kitabxanaya cəlb edilməsi məqsədilə kitabxanın qarşısında 28 May-Respublika Günü münasibətilə  “Şərqin ilk Demoktarik Respublikası-Azərbaycan Xalq Cümhuriyyəti ” adlı Açıq kitabxana təşkil edilib. Sərgidə “Ən çox oxunan ədəbiyyat”, “Yeni kitablar”, “Gəlin, kitab oxuyaq” və “Hər kitab yeni bir dünyadır” başlığı altında kitablar sərgilənib. Oxuculara açıq havada kitabları oxumaq və kitabxanaya üzv yazılaraq nəşrləri əldə etmək imkanı yaradılıb və kitab həvəskarları açıq kitabxanaya maraq göstərərək, nümayiş olunan ədəbiyyatlarla tanış olublar.