Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş şəhər uşaq musiqi məktəbində onlayn konsert proqramı keçirilib.

05.05.2021

05 may 2021-ci il tarixdə Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş onlayn konsert proqramı keçirilib. Konsert ilk əvvəl aşağı sinif şagirdlərindən ibarət məktəb xorunun çıxışı ilə başlayıb. Konsertdə həmçinin  məktəbin şagirdləri həm Azərbaycan, həm də xarici bəstəkarların yaradıcılığından müxtəlif janrlı əsərlər ifa ediblər.

Sonda məktəbin şagird  və müəllim kollektivi Ümummilli Lider Heydər Əliyevin məktəbdəki guşəsində xatirə şəkili çəkdirib.