Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

23 aprel Beynəlxalq Kitab və Müəlliflik Hüququ günüdür.

24.04.2018

 23 aprel 2018-cı il tarixdə Ağdaş rayon Mərkəzi kitabxananın oxu zalında  Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü  ilə əlaqədar   tədbir keçirilmişdir. Tədbirdə Mərkəzi kitabxanananın əməkdaşları ilə yanaşı rayondakı “ İstək” liseyindən olan fəal oxucular  iştirak edirdi. Tədbiri giriş sözü ilə Ağdaş rayon MKS-nin direktoru S. Feyzullayev açdı. O bildirdi ki, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" YUNESCO”-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən  28-ci sessiyasında elan edilmişdir.Mədəni  ənənələrin inkişafı və dərk edilməsi, həmçinin biliklərin yayılması və qorunması  üçün  kitabların böyük əhəmiyyəti vardır. Azərbaycan Respublikasında 23 Aprel - "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" 1997-cı ildən qeyd olunur.  Liseyin kitabxanaçısı D.Əhmədova çıxış edərək belə tədbirlərin gələcəkdə uşaqların  mütaliəsinin düzgün istiqamətləndirilməsində mühüm rolu vardır.

Liseyin şagirdləri masaların üzərində sərgilənmiş kitablarla, təşkil edilmiş sərgi ilə, mərkəzi kitabxananın fondu  ilə tanış oldular, oxuduqları kitablar haqqında öz təəssüratlarını bildirdilər.