21.04.2021
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə vətəndaşların fərdi və qrup halında qəbulu məhdudlaşdırıldığı üçün 21 aprel 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsində vətəndaşların növbəti onlayn qəbulu təşkil olunmuşdur.
ZOOM proqramı vasitəsi ilə həyata keçirilən qəbulda çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov tərəfindən qəbula qoşulmuş vətəndaşların müraciətləri dinlənilmiş, müraciətlərin araşdırılması və həll olunması məqsədilə rayonlar üzrə nümayəndələrə və Regional İdarənin aparatının əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir.