Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdaş Regional Mədəniyyət İdarəsində videokonfrans keçirilib.

19.04.2021

19 aprel 2021-ci il tarixdə Ağdaş Regional Mədəniyyət İdarəsinin aparat işçilərinin, rayonlar üzrə nümayəndələrin və idarənin tabeliyində olan mədəniyyət müəssisə rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilmişdir. Regional İdarənin rəisi Səxavət Məmmədovun sədriliyi ilə keçirilən konfransda ilk öncə mədəniyyət müəssisələrində etibarlılıq, səmərəlilik və işin keyfiyyətinin artırılması məqsədilə müasir idarəetmə prinsipləri ilə bağlı tövsiyyə və məlumatlar iştirakçıların diqqətinə çatdırılmış, bu sahədə ciddi islahatların aparılması ilə əlaqədar tapşırıqlar verilmişdir.Eyni zamanda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 2021-ci ilin birinci yarımili üçün təsdiq olunmuş “Tədbirlər Planı” əsasında müəssisələr üzrə may ayı üçün “İş Planı”nın tərtib olunaraq Regional İdarəyə təqdim olunması barədə tapşırıqlar verilmişdir.  Konfransda həmçinin mövcud vəziyyətlə əlaqədar tabe müəssisələrdə çalışan işçilərə Koronavirus infeksiyası ilə (Covid-19) mübarizədə profilaktik tədbirlərə ciddi şəkildə əməl olunması, əmək intizamına ciddi riayət olunması, müəssisələrdə dezinfeksiya işlərinin aparılması, elektron xidmətlərə daha çox üstünlük verilməsi, virtual məkanda aktivliyin artırılması, hərbi-vətənpərvərlik mövzusunda online tədbirlərin keçirilməsi və videoçarxların hazırlanması, müasir texniki imkanlardan daha geniş istifadə olunması barədə tapşırıqlar verilmişdir.