14.04.2021
Koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi məqsədilə vətəndaşların fərdi və qrup halında qəbulu məhdudlaşdırıldığı üçün 14 aprel 2021-ci il tarixində Ağdaş Regional Mədəniyyət İdarəsində vətəndaşların onlayn qəbulu təşkil olunmuşdur.
ZOOM proqramı vasitəsi ilə həyata keçirilən qəbulda çıxış edən Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar olaraq hər həftənin çərşənbə günü, saat 15:00-da vətəndaşların onlayn qəbulunun keçirildiyini bildirmiş və vətəndaşların artıq qəbullara aktiv qoşulduğunu qeyd etmişdir.
Daha sonra qəbula qoşulmuş vətəndaşların müraciətləri dinlənilmiş, müraciətlərin araşdırılması və həll olunması məqsədilə rayonlar üzrə nümayəndələrə və Regional İdarənin aparatının əməkdaşlarına müvafiq tapşırıqlar verilmişdir.