05.04.2021
Ağdaş Regional Mədəniyyət İdarəsini əhatə edən Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında fəaliyyət göstərən mədəniyyət müəssisələrində sənədləşdirmə işlərinin aparılma qaydalarının, əhaliyə göstərilən mədəni xidmət çeşidlərinin artırılmasının, binaların və digər avadanlıqların qorunma vəziyyətinin mütəmadi qaydada yoxlanılması, mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi, modernləşməsi, rəqəmsallaşması və inkişafına nail olmaq məqsədilə monitorinqlərə başlanmışdır. Bu məqsədlə Regional İdarə tərəfindən müvafiq əmrlə əməkdaşlardan ibarət monitorinq qrupu yaradılmış və Ağdaş rayon Heydər Əliyev Mərkəzində formalaşmış qrup üzvləri ilə treninq keçirilmişdir. Ölkə ərazisində elan olunmuş xüsusi karantin rejimi qaydalarına əməl olunaraq təşkil olunmuş treninqdə qrup üzvlərinə Regional İdarənin rəhbərliyi tərəfindən metodiki köməkliklər göstərilmiş, müvafiq tapşırıqlar verilmişdir.