Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay şəhər uşaq musiqi məktəbinin əməkdaşları Şəhid ailəsini ziyarət ediblər.

22.03.2021

Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Zamanov, Mədəniyyət İşçiləri Həmkarlar ittifaqı Göyçay rayon komitəsinin sədri Nəriman Məlikov və musiqi məktəbinin bir qrup gənc müəllimləri  Novruz bayramı münasibəti ilə əvvəllər Göyçay şəhər uşaq musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışmış, II Qarabağ müharibəsində şəhid olmuş  Alim İbrahimovun Ucar rayonunun Qazıqumlaq kəndində yaşayan ailə üzvlərini ziyarət ediblər.