19.03.2021
16-19 mart 2021-ci il tarixlərində Novruz bayramı ilə əlaqədar olaraq, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, rayonlar üzrə nümayəndələr, MİHİ Ağdaş, Göyçay, Ucar və Zərdab rayon Komitələrinin sədrləri və Regional İdarənin əməkdaşları Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarında Şəhid ailələrini ziyarət ediblər. Görüşlərdə, sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbə qazanması, zəfərlə sona çatan Vətən müharibəsində ölkəmizin igid oğullarının qəhrəmanlıqları və torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim ehtiramla anıldığı qeyd edilmişdir. Görüşlərdə şəhidlərimizin əziz xatirəsi yad edilmiş, barələrində xoş təəsüratlar danışılmışdır. Qeyd olunmuşdur ki, Şəhidlərimizin xatirəsi bizim üçün hər zaman əzizdir. Onlar hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqlar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək bizim hər birimizin vətəndaşlıq borcumuz və ən əsas vəzifəmizdir.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!