Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Göyçay rayon Heydər Əliyev Mərkəzində marifləndirici tədbir keçirilib.

19.03.2021

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göyçay nümayəndəliyinin və Göyçay rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "Təmiz nəfəs, sağlam həyat!" adlı seminar baş tutub.

Seminar Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Dr. Əli Əsgərov tərəfindən keçirilib.

Seminarda gənclərə insan sağlamlığına ciddi ziyan vuran zərərli vərdişlər və onlardan qurtulmaq metodlarını, o cümlədən sağlam həyat tərzinə yiyələnmək üçün düzgün qidalanmaq və həyatı sistemli yaşamaq haqqında həkim tövsiyyələri gənclərin diqqətinə çatdırılıb.