Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əziz həmkarlar! Novruz bayramınız mübarək!

19.03.2021

Əziz həmkarlar!


              Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

 Torpaqlarımızın müdafiəsi zamanı Şəhid olmuş qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir, bütün Şəhid anaları və xanımlarına, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçulara və onların ömür-gün yoldaşlarına, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına bayram təbriklərimi çatdırır, yüksək hörmət və ehtiramımı ifadə edirəm.

İnanıram ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində çalışan bütün əməkdaşlarımız bundan sonra da ölkə rəhbərliyinin etimadını doğruldacaq, göstərilən diqqət və qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirəcəklər.

Bu gözəl bahar bayramında sizlərə uğur, sevgi və sevinc dolu günlər arzu edir, sizləri ürəkdən təbrik edirəm.

 

Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov