25.02.2021
25 fevral 2021-ci il tarixində Göyçay rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı Soyqırımının 29 -cu ildönümü ilə əlaqədar Xocalı rayonunun məcburi koçkünlərindən olan, Göyçay rayonunda məskunlaşmış Məsumə Hümbətova , Rizvan Hümbətov, Nuranə Fərəcova və övladları Nazilə, Mürşüd Fərəcovlar ilə görüş keçirilmişdir. Xocalı soyqrımının canlı şahidi olan Məsumə xanım yarasının 29 ildə hər gün təzələndiyini söyləmiş, şahidi olduğu hadisələrdən danışmış və gec tez öz doğma yurdlarına dönəcəklərini bildirmişdir.