Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

İqtisadiyyat

Göyçay


2013-cü ildə Göyçay rayonunun iqtisadi

və sosial inkişafının makroiqtisadi

 

GÖSTƏRICILƏRI

 

Azərbaycanda regional inkişaf üzrə dövlət proqramlarının həyata keçirilməsi ölkənin bütün bölgələri ilə yanaşı Göyçay rayonunun inkişafında da vacib rol oynamışdır. Buna sübut olaraq, 2013-cü ildə rayonun iqtisadi və sosial-mədəni həyatında nəzərəçarpacaq müvəffəqiyyətlər əldə edilmiş, iqtisadiyyatın bütün sahələrində istehsalın həcmi artmış, yeni təsərrüfat və sosial-mədəni obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılmış, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır.

2013-cü ildə Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 2012-ci ilə nisbətən 10894,4 min manat və ya 5,1 faiz artaraq 225939,0 min manata çatmışdır.

Məhsul və xidmətlərin 67,2 faizi istehsal sahələrinin, 32,4 faizi isə xidmət sahələrinin payına düşmüşdür

Məhsul buraxılışının 23470,0 min manatı və ya 10,4 faizi sənayedə, 95356,8 min manatı və ya 42,2 faizi kənd təsərrüfatında, 32999,4 min manatı və ya 14,6 faizi tikintidə, 4123,6 min manatı və ya 1,8 faizi nəqliyyatda, 669,2 min manatı və ya 0,3 faizi rabitədə, 69320,0 min manatı və ya 30,7 faizi ticarət və xidmət sahələrində istehsal olunmuşdur.

Sənaye . Rayonun sənayesi əsasən qida məhsullarının, qeyri-metal mineral maddələrin istehsalı, elektrik enerjisi, qaz və suyun paylanması və bölüşdürülməsi sahələri ilə təmsil olunmuşdur.

2013-cü ildə rayonun sənaye müəssisələri, habelə fiziki şəxsləri tərəfindən faktiki qiymətlərlə 23470,0 min manatlıq sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.2012-ci illə müqayisədə sənaye məhsulunun həcmi 24,2 faiz artmışdır.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma bölməsində, 79,7 faizi emal bölməsində,17,0 faizi elektrik enerjisi,qaz,buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 3,1 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur. 2012-ci illə müqayisədə məhsul istehsalı mədənçıxarma bölməsində 22,5 faiz, elektrik enerjisi ,qaz , buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində 10,6 faiz azalmış, emal bölməsində 36,6 faiz, su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində 7,4 faiz artmışdır.

Sənaye məhsulunun 20,1 faizi dövlət bölməsində, 79,9 faizi qeyri-dövlət bölməsində istehsal olunmuşdur.

Kənd təsərrüfatı.Rayonun iqtisadiyyatında taxılçılıq , meyvəçilik ,tərəvəzçilik əsas yer tutur.Bununla yanaşı təsərrüfatlarda pambıq, kartof, bostan, üzüm məhsulları da becərilir. Heyvandarlıqda isə iribuynuzlu maldarlıq və qoyunçuluq aparıcı rol oynayır. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 72,7 faizini təşkil edir. Torpaq islahatı nəticəsində 17,2 min ailə 23,2 min hektar torpaq payına sahib olmuşdur. Orta hesabla hər ailəyə 1,4 hektar torpaq sahəsi verilmişdir.

2013-сü ildə kənd təsərrüfatı məhsulları istehsalı dəyər ifadəsində 3918,0 min manat və ya 4,3 faiz artaraq 95356,8 min manat olmuşdur.

2013-cü ildə rayonun təsərrüfatlarında 34477 ton taxıl, 275 ton dən üçün qarğıdalı, 4 ton pambıq, 1649 ton kartof, 27935 ton tərəvəz, 1405 ton bostan məhsulları, 68853 ton meyvə və giləmeyvə, 800 ton üzüm istehsal olunmuşdur.

2012-ci illə müqayisədə dən üçün qarğıdalı istehsalı 5,4 faiz, kartof istehsalı 3,2 faiz, tərəvəz istehsalı 0,7 faiz, bostan məhsulları istehsalı 3,7 faiz, meyvə və giləmeyvə istehsalı 5,0 faiz, üzüm istehsalı 8,0 faiz artmış, taxıl istehsalı 3,3 faiz, pambıq istehsalı 93,8 faiz azalmışdır.

2013-cü ildə rayonun təsərrüfatlarında 160 hektar yeni nar bağları salınmışdır.

Heyvandarlıq sahəsində mal-qaranın baş sayı və heyvandarlıq məhsulları istehsalı stabil olaraq inkişaf edir.

2014-cü il yanvar ayının 1-nə iri buynuzlu mal-qaranın sayı 47881 başa, o cümlədən inək və camışların sayı 24372 başa, qoyun və keçilərin sayı 66520 başa çatmışdır.

01 yanvar 2013-cü illə müqayisədə iri buynuzlu mal-qaranın baş sayı 0,9 faiz,o cümlədən inək və camışların baş sayı 1,0 faiz, qoyun və keçilərin baş sayı 1,5 faiz artmışdır.

2013-cü ildə diri çəkidə 9000 ton ət, 24510 ton süd , 11800 min ədəd yumurta , 87,0 ton yun istehsal olunmuşdur. 2012-ci illə müqayisədə diri çəkidə ət istehsalı 12,6 faiz, süd istehsalı 1,1 faiz, yumurta istehsalı 2,6 faiz, yun istehsalı 2,3 faiz artmışdır.

Kənd əməkçiləri 2014-cü ilin məhsulu üçün 16120 hektar sahədə şum qaldırmış, 15254 hektar sahədə dən üçün taxıl səpmişlər. Dən üçün səpilmiş 15254 hektar taxıl sahəsinin 8467 hektarını buğda, 6787 hektarını arpa təşkil edir.

Tikinti. 2013-cü ildə müəssisə və təşkilatlar tərəfindən rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 34238,9 min manat investisiya yönəldilmişdir. Tikinti-quraşdırma işlərində istifadə edilmiş vəsaitin həcmi ümumi sərmayənin 96,4 faizini təşkil edərək 32999,4 min manat olmuşdur.

2013-cü ildə tikinti təşkilatları tərəfindən 6594,8 min manatlıq tikinti işləri yerinə yetirilmişdir.

İstehlak bazarı. 2013-cü ildə əhaliyə ticarət və xidmət şəbəkələrindən 215000,0 min manatlıq istehlak malları satılmış, 48778,3 min manatlıq pullu xidmət göstərilmişdir.2012-ci illə müqayisədə pərakəndə əmtəə dövriyyəsinin həcmi 6,6 faiz, pullu xidmətin həcmi 7,9 faiz artmışdır.

Nəqliyyat. 2013-cü ildə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 789,0 min ton yük, 11925,0 min nəfər sərnişin daşınmışdır. 2012-ci illə müqayisədə 47,0 min ton və ya 6,3 faiz yük, 914,0 min nəfər və ya 8,3 faiz sərnişin çoxdur.

Rabitə. 2013-cü ildə rabitə müəssisələri əhaliyə ,müəssisə və təşkilatlara 669,2 min manatlıq rabitə xidməti göstərmişdir. Bu da 2012-ci ilə nisbətən 29,3 min manat və ya 4,6 faiz çoxdur.

Əhali. Rayonun ümumi ərazisi 0,74 min kv.km olmaqla onun ərazisinin hər kvadrat metrinə düşən əhalinin sıxlığı 154 nəfərdir. 2014-cü il yanvar ayının 1-i vəziyyətinə rayonun əhalisinin sayı 114,5 min nəfər olmuş və 2012-ci illə müqayisədə 1057 nəfər və yaxud 0,9 faiz artmışdır.

Əhalinin 31,7 faizi şəhərdə, 68,3 faizi 25 kənd inzibati ərazi dairəsinin 55 kəndlərində yaşayır.

2013-cü ildə rayonda 1840 nəfər körpə doğulmuş , 782 nəfər ölən qeydə alınmışdır. 2012-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 18,1-dən 16,1-ə qədər azalmış, ölənlərin sayı isə 7,1-dən 6,8-ə qədər azalmışdır.

2013 cü ildə rayonda 961 nikah və 110 boşanma qeydə alınmış, 2012-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,0-dan 8,4-ə qədər artmış, boşanmaların sayı eyni olaraq 1,0 olmuşdur.

Əmək bazarı və yeni iş yerləri. 2013-cü ildə rayonun iqtisadiyyatında məşğul əhalinin sayı 61,6 min nəfər olmaqla rayon əhalisinin 53,7 faizini təşkil edir.

Təhsil. Rayonda 1420 uşağın tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2013/2014-cü tədris ilinin əvvəlinə 2,4 min nəfər müəllimin çalışdığı və 15,1 min nəfər şagirdin təhsil aldığı 57 dövlət gündüz ümumtəhsil məktəbi, 159 nəfər müəllim kollektivinin çalışdığı, 1553 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci, 75 nəfər müəllim və mühəndisin çalışdığı, 514 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.

Mədəniyyət. Rayonda 315,7 min nüsxə kitab fondu olan 44 kütləvi kitabxana, 11 mədəniyyət evi, 18 klub, 1 uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2013-cü ildə kitabxanalarda 33,3 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 3,5 min nəfər, ekskursiyaya gələnlərin sayı 25,2 min nəfər olmuşdur.

Səhiyyə. 2014- cü ilin əvvəlinə rayonda fəaliyyət göstərən 3 xəstəxana, 16 həkim məntəqəsi , 31 tibb məntəqəsi , 1 təcili yardım müəssisələrində 205 nəfər həkim , 527 nəfər tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 18 həkim, 46 tibb işçisi düşmüşdür.

Rayonda 2013-cü ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, endokrin sisteminin, qida qəbuletmənin, maddələr mübadiləsi və immunitetin pozulması, qan dövranı sisteminin, həzm orqanlarının, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil edir.

Pensiya , sosial təminat. 2014-cü il yanvar ayının 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 14023 nəfər pensiyaçı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsində 3836 nəfər sosial müavinət, 391 nəfər təqaüd, 1842 nəfər birdəfəlik müavinətlər, 1555 aztəminatlı ailəyə ünvanlı sosial yardım alanlar qeydiyyatda olmuşdur.

İdman. Rayonda Olimpiya İdman Kompleksi, 181 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 36 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.

Hüquqpozmalar. 2013-cü ildə 166 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər 10 min nəfərinə hesabı ilə 14 hadisə təşkil edir. 166 cinayət hadisəsinin 4-ü ağır xarakterli cinayətlərə aiddir.