Kürdəmir Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ulu Öndərlə bağlı maraqlı məktub tapıldı

Warning: date(): It is not safe to rely on the system's timezone settings. You are *required* to use the date.timezone setting or the date_default_timezone_set() function. In case you used any of those methods and you are still getting this warning, you most likely misspelled the timezone identifier. We selected the timezone 'UTC' for now, but please set date.timezone to select your timezone. in /home/mct/public_html/mctgov.az/kurdamir/inc/preview/main.php on line 267

07.03.2023

Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Əliqullular kənd kitabxanasında Ulu Öndər Heydər Əliyevə insanların sonsuz inamını, sevgisini göstərən maraqlı bir məktub tapılıb.

Kitabxanaçı Günay Tağızadə rus yazıçı Anatoli Ribakovun “Tunc quş” kitabının içərisindən 1999-cu ilə aid iki məktəblinin məktubunu tapıb. Məktub Ağdamdan məcburi köçkün düşüb İmişli rayonunun Əliqulular kəndində məskunlaşan Əzizə Mustafayevaya məxsusdur. O, kənd məktəbində tanış olduğu Elnurə Həsənovaya yazdığı məktubda “Biz əgər köçüb getsək bunu oxuyarsan, mən Əzizəni yadına salarsan və bunu oxuyarsan Elnurə” deyə məktubunda qeyd edib. Bu məktubların tapıldığı kitabın birinci hissəsinin “Qaçqınlar” adını daşıması da maraqlı bir rəmz kimi qarşımıza çıxır.

Məktəbli Əzizə məktubunda Ağdamı cənnətə bənzədir, hər yanının gül-çiçək olduğunu vurğulayır. Məktəblinin arzusu tezliklə itirdiyi Ağdama geri qayıtmaqdır. Onun yeganə ümid yeri isə ümummilli lider Heydər Əliyevdir. Məktubda “Heç nə istəmirik ki, biz bu dünyada, ancaq istəyirik ki, Heydər babamız dünyanın minlərlə qaçqınını öz kəndlərinə aparsın” cümlələri yer alıb.

1999-cu ilə aid iki məktəblinin bu məktubları bir daha insanların Ulu Öndərə olan sonsuz inamını, sevgisini göstərir. Bu gün məktəblinin arzusu gerçəkləşib. Ulu Öndərin davamçısı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Qarabağın işğalına son qoyulmuş, tarixi Zəfər qazanılmışdır.