Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdaşda Beynəlxalq Mədəniyyət Günü qeyd olunub.

15.04.2025

14 aprel 2025-ci il tarixində Ağdaş rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 15 aprel - Beynəlxalq Mədəniyyət Günü münasibəti ilə "Səhnəmiz dünya, dilimiz mədəniyyət" adlı tədbir təşkil edilib.

Ağdaş rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənclər, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Qonaqlar ilk olaraq mərkəzin foyesində hazırlanmış qədim məişət əşyalarından, rəsm əsərlərindən və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirin bədii hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Tədbir Ağdaş Xalq teatrının təqdimatında "Bəxtiyar" filmi əsasında hazırlanmış tamaşa ilə davam etdirilib.

Mədəniyyət müəssisələrinin əməkdaşlarının ifasında səsləndirilən nəğmələr, rəqs nömrələri və tamaşa alqışlarla qarşılanıb.