20.08.2025
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, rayon İcra hakimiyyətlərinin və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəstəyi ilə keçirilən açıq havada film nümayişi uğurla davam edir.
Növbəti film nümayişi avqustun 19-da Zərdabda keçirilib. Rayon Mədəniyyət Mərkəzinin qarşısında keçirilən kino axşamında “Yol əhvalatı” filmi nümayiş olunub.
Qeyd edək ki, “Ulduzlar altında” adlı layihə çərçivəsində Ağdaş, Göyçay və Ucar rayonlarında da film nümayişi həyata keçirilib.
Nostaljik hisslər bəxş edən kino axşamları sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Açıq havada film nümayişi milli kino irsinə yeni nəfəs olmaqla yanaşı, milli kino sənətinin dəstəklənməsini, regionda mədəni xidmətlərin əlçatanlığının təmin edilməsini, ortaq məkanda toplaşan insanların birgə dəyər və maraqları paylaşmasını hədəfləyir.