Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Böyük həyatın salnaməsi...

08.05.2025

7 may 2025-ci il tarixində Yevlax rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Böyük həyatın salnaməsi” adlı konsert proqramı təşkil olunub.

Yevlax rayon Heydər Əliyev Mərkəzinin qarşısında baş tutan tədbirdə şəhər İcra hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının rayon Təşkilatının və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, gənclər, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Qonaqlar ilk olaraq Xiyabanda təşkil olunmuş rəsm əsərlərindən, yaradıcı sənət nümunələrindən ibarət sərgiyə baxış keçiriblər.

Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.

Mədəniyyət müəssisələrinin əməkdaşlarının və musiqi məktəblərinin şagirdlərinin təqdimatında baş tutan proqramda səsləndirilən nəğmələr, rəqs nömrələri və kompozisiyalar alqışlarla qarşılanıb.