Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Ağdaşda ağacəkmə aksiyası keçirilib.

18.11.2024

Noyabrın 18-də Ağdaş Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağdaş rayonunda ağacəkmə aksiyası keçirilib.

Aksiyada rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, icra hakimiyyətinin və regional idarənin məsul əməkdaşları, Ağdaş rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin işçiləri iştirak ediblər. Ağacəkmə aksiyası zamanı ümumilikdə 700-ə qədər müxtəlif növ ağac tingi əkilib.

Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etdiyi dövrdə həyata keçirilən aksiyanın məqsədi ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.