25.11.2024
Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin xidməti əhatəsində olan Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarında yerli icra hakimiyyətlərinin və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib.
Mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada ümumilikdə 5000-ə qədər müxtəliv növ ağac tingi əkilib.
Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı - COP29-a ev sahibliyi etdiyi dövrdə həyata keçirilən aksiyaların məqsədi ekoloji davamlılıq, yaşıllıq zonalarının genişləndirilməsi, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.